...

Quzey Kıprıs Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçisi missiyasını başa vurub avqustun 1-də vətəninə dönəcək

Siyasət Materials 18 İyul 2006 14:53 (UTC +04:00)
Quzey Kıprıs Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçisi missiyasını başa vurub avqustun 1-də vətəninə dönəcək

Quzey Kıprıs Türk Cümhuriyyətinin (QKTC) Azərbaycandakı təmsilçisi Mustafa Evranın missiyası iyulun 31-də başa çatır. Bu barədə Trend ə M.Evranın özü bildirib.

M.Evran onu da əlavə edib ki, QKTC-nin Azərbaycanda təmsilçisi kimi 2001-ci ilin avqustun 1-dən çalışır: "Dörd ildən sonra missiyamızı başa vurmalıyıq. Ancaq ötən il QKTC ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etməsi nəzərə alınaraq missiyamın müddəti bir il artırılıb. Bizim qanuna görə beş ildən artıq fəaliyyət göstərə bilmərik".

M.Evran bildirib ki, avqustun 1-də vətəninə dönəcək. QKTC-nin qanunvericiliyinə görə o, Xarici İşlər Nazirliyində iki il müddətinə çalışmalıdır: "Bundan sonra başqa bir ölkəyə getmək imkanı olur. Ola bilsin ki, mən Xarici İşlər Nazirliyinin hər hansı bir departamentinə rəhbərlik edəm".

QKTC təmsilçisi onun yerinə kimin təyin ediləcəyi ilə bağlı heç bir məlumata malik olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti