...

Salyanda suvarma kanalları təmizlənir

Siyasət Materials 19 İyul 2006 16:27 (UTC +04:00)

Kənd təsərrüfatının inkişaf etdirilməsində suvarma sistemlərinin xidməti əvəzsizdir. Belə ki, suvarma sistemləri olmadan, əkin sahələrini suvarmaq, bol məhsul yetişdirmək mümkün deyil. Salyan rayon suvarma sistemləri idarəsinin rəisi Feyzulla Rzayevin verdiyi məlumata görə, son aylar suvarma kanallarının təmizlənməsi istiqamətində xeyli işlər görülüb.

Belə ki, rayonun əkinə yararlı torpaq sahələrini suvarmaq üçün 1200 km uzunluğunda suvarma kanallından istifadə edilir. Hər il kanallar generasiya və su təsərrüfatı məhdud məsuliyyətli cəmiyyəti, eləcə də yerlərdə fəaliyyət göstərən bələdiyyələr tərəfindən qazılıb lildən təmizlənir. Təkçə suvarma sistemləri idarəsi tərəfindən isə bu ilin 6 ayı ərzində 155 km suvarma kanalı lildən təmizlənib. İl ərzində 165 km suvarma kanalının təmizlənməsi planlaşqdırılıb. Hazırda Salyanda bir sıra yaşayış məntəqələrində suvarma kanallarının təmizlənməsi davam etdirilir.

Xəbər lenti

Xəbər lenti