...

AMİP-in Avropa Xalq Partiyasına üzvülük məsələsinə baxılacaq

Siyasət Materials 25 İyul 2006 13:19 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Avropa Xalq Partiyasına üzvülük məsələsinə baxılacaq. Bu barədə "Trendə" AMİP-in baş katibi Fuad Muxtarov bildirib.

F.Muxtarov qeyd edib ki, Avropa Xalq Partiyası onlardan AMİP-in siyasi fəaliyyəti ilə bağlı məlumatlarla tanış olmaq istəyib: "Partiyanın nizamnamə və məramnaməsini həmin ünvana göndərəcəyik. Artıq sənədlər ingilis dilində tərcüməyə hazırlanır". AMİP-in baş katibi onu da qeyd edib ki, sənədlər 100 səhifədən artıq olacaq. F.Muxtarov əlavə edib ki, Avropa Xalq Partiyası bu sənədlərlə tanış olduqdan sonra AMİP-in həmin təşkilata üzvülük məsələsi də müzakirə olunacaq.

Onu da bildirək ki, Avropa Xalq Partiyası Avropanın ən nüfuzlu təşkilatlarındandır. Bu təşkilatın aprelin sonlarında keçirilən növbəti qurultayında AMİP lideri Etibar Məmmədov da iştirak edib. AMİP eyni zamanda Beynəlxalq Demokrat İttifaqın üzvüdür.

Xəbər lenti

Xəbər lenti