...

Ukrayna və Azərbaycan hərbçiləri aviasiya heyətinin Beynəlxalq hazırlıq mərkəzinin yaradılma məsələsini razılaşdırırlar

Siyasət Materials 25 İyul 2006 17:34 (UTC +04:00)

Ukraynanın Hava Qüvvələri Komandanlığında terrorla mübarizə üçün aviasiyanın tətbiqi üzrə aviasiya heyətinin və mütəxəssislərinin Beynəlxalq hazırlıq mərkəzinin yaradılmasına dair Ukrayna və Azərbaycan hərbi idarələri arasında ilkin razılaşmaların reallaşması üzrə işlər davam etdirilir.

Trend in Kiyevdəki xüsusi müxbirinə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bu gün Mərkəzin yaranma məsələlərinin razılaşdırılması və Sitalçay aerodromunun uçuşları yerinə yetirməyə hazırlıq dərəcəsinin müəyyən olunması məqsədi ilə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri komandanlığının döyüş hazırlığı idarəsinin rəisi polkovnik Vasili Nikiforovun başçılığı altında Ukrayna işçi qrupu Azərbaycana gəlib.

İşçi qrupunun tərkibinə həmçinin rabitə qoşunları, radiotexniki təminat, avtomatlaşdırılmış və informasiya sistemləri idarəsi, mühəndis-aerodrom loqistika idarəsi, həmçinin Ukrayna SQ HQ Komandanlığının döyüş hazırlığı idarəsinin təşkilati -metodik və qoşun hazırlığı şöbəsinin nümayəndələri də daxildir.

Ukrayna hərbi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri iyulun 26-a qədər davam edəcək.

Xatırladaq ki, 2004-cü ilin iyun ayında Kiyevdə Ukrayna və Azərbaycan Respublikası aviasiyasının uçuş və mühəndis-texniki tərkibinin hazırlığında əməkdaşlığı haqqında hökümətlərarası saziş imzalanıb. Bu saziş beynəlxalq terrorla mübarizədə aviasiyanın tətbiqi üzrə aviasiya heyətinin və mütəxəssislərin Beynəlxalq hazırlıq mərkəzinin yaradılması üçün əsas olub.

Razılaşmalara əsasən, Beynəlxalq mərkəz terrorla mübarizədə aviasiyanın tətbiqi məqsədi ilə uçuş və mühəndis-texniki tərkibin hazırlığı ilə məşğul olan təsisat olacaq.

Mərkəz Azərbaycan Respublikasının ərazisində yerləşəcək və Ukrayna və Azərbaycanın (həmçinin Sazişə qoşulacaq digər ölkələrin) aviasiya mütəxəssislərinin hazırlığı və təkmilləşdirilməsi üçün nəzərdə tutulacaq.

Xəbər lenti

Xəbər lenti