...

MDB ekspertləri yeni təhlükə və çağırışlara qarşı müqavimət üzrə əməkdaşlıq məsələlərini müzakirə edəcək

Siyasət Materials 26 İyul 2006 12:58 (UTC +04:00)

MDB dövlətlərinin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr iyulun 27-də Minskdə keçiriləcək. Bu barədə Trend ə MDB İcraiyyə Komitəsindən məlumat verilib.

Birlik ölkələrinin XİN nümayəndələri bu məsələləri müzakirə edəcək: MDB-nin iştirakçı dövlətlərinin BMT-də yeni təhlükə və çağırışlara qarşı müqavimət üzrə əməkdaşlığı, MDB-nin iştirakçı dövlətlərinin ATƏT-də terrorçuluq, narkotiklərlə bağlı təhlükə və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı, qarşılıqlı antinarkotik fəaliyyətin təkmilləşdirilməsi, əfqan narkotikləri ilə bağlı Moskva konfransının yekunları və digər məsələləri.

Azərbaycanı məsləhətləşmələrdə XİN ekspertləri təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti