...

Ayaz Rüstəmov: "Qərargahımızın olmaması siyasi fəaliyyətimizə mənfi təsir göstərir"

Siyasət Materials 26 İyul 2006 13:14 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qərargahla təmin olunmaq məqsədilə İqtisadi İnkişaf Nazirliyinə və dövlət başçısına müraciət edib. Bu barədə Trend ə AMİP sədri Ayaz Rüstəmov bildirib.

Qeyd edək ki, AMİP Azadlıq prospekti 179 ünvanda yerləşdiyi qərargahdan 2001-ci ilin iyul ayında çıxarılıb. Bu məsələ ilə bağlı iki il məhkəmə çəkişməsi olub. O vaxtdan AMİP müxtəlif ünvanlarda qərargah kirayələyib.

AMİP sədri qeyd edib ki, qərargahın olmaması onların siyasi fəaliyyətlərinə mənfi təsir göstərir: "Biz özümüzə qanun çərçivəsində münasib yer tələb edirik. Düzdür, bir neçə ünvan təklif olunub. Ancaq onlar paytaxtdan çox uzaqda olduğundan bununla razılaşmamışıq". A.Rüstəmov onu da bildirib ki, AMİP Beynəlxalq Demokratik İttfaq və Avropa Xalq Partiyası kimi iki beynəlxalq təşkilatla əməkdaşlıq edir: "Xaricdən gələn qonaqları qəbul etmək üçün şəraitimiz belə yoxdur. İkincisi də partiyamızın geniş qərar icarələməyə maddi imkanı çatmır".

A.Rüstəmov onu da vurğulayıb ki, İqtisadi İnkişaf Nazirliyinə edilən müraciətə iyulun 24-də cavab verilib: "Müraciətimiz baxılmaq üçün Dövlət Əmlak Komitəsinə göndərilib. İndi komitənin cavabını gözləyirik". Onu da bildirək ki, AMİP məsələ ilə bağlı iyulun 17-də İqtisadi İnkişaf Nazirliyinə, iyulun 19-u isə dövlət başçısına müraciət edib.

Xəbər lenti

Xəbər lenti