...

İlqar İbrahimoğlu: "İsrailin Livana hücumlarına etiraz olaraq aksiyalarımızı davam etdirəcəyik"

Siyasət Materials 27 İyul 2006 12:31 (UTC +04:00)

İsrailin Livana hücumlarına etiraz olaraq Bakıda dindarların etiraz aksiyaları davam etdiriləcək. Bu barədə Trend ə "Gümə" məscidinin imam camaatı İlqar İbrahimoğlu məlumat verib.

O bildirib ki, dinc etiraz aksiyası keçirmək üçün ötən həftə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub, lakin paytaxt rəhbərliyi piketin keçirilməsinə razılıq verməyərək etirazların kütləvi informasiya vasitələrində bildirilməsini tövsiyə edib. Buna görə də dünən - iyulun 26-da İsrail səfirliyinin binası qarşısında razılaşdırılmamış piket keçirilib və 8 nəfər aksiya iştirakçısı polislər tərəfindən saxlanılıb. İ.İbrahimoğlu bildirib ki, polis bölməsinə aparılan piketçilərdən ikisi cərimələnərək, altısına isə rəsmi xəbərdarlıq edilərək azadlığa buraxılıblar.

Xəbər lenti

Xəbər lenti