...

Azərbaycanın XİN başçısı Küveytə səfərə dəvət alıb

Siyasət Materials 27 İyul 2006 12:44 (UTC +04:00)

Azərbaycan və Küveyt arasında ikitərəfli əlaqələrin perspektivləri Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov ilə Küveyt əmirinin müşaviri Məhəmməd Şərrarın görüşündə müzakirə olunub. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən məlumat verilib.

Məhəmməd Şərrar Azərbaycan-Küveyt əlaqələrinin inkişafından razılığını ifadə edərək, ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstəyi yüksək qiymətləndirib. O, Azərbaycan və Küveyt arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi arzusunda olduğunu bildirib və xarici işlər nazirini Küveytə rəsmi səfərə dəvət edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın neft ölkəsi kimi Küveytin inkişaf istiqamətlərinin, neft ixracından gələn gəlirlərin bölüşdürülməsində təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirib. Nazir beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərdə islam dövlətlərinin daim Azərbaycanın mövqeyini dəstəkləməsini, münaqişə nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə göstərilən maddi və mənəvi yardımı yüksək qiymətləndirib.

M.Şərrar humanitar yardımın həyata keçirilməsinin davam etdiriləcəyini bildirib. Bundan başqa, qonaq bu yaxınlarda Dünya Səhiyyə Təşkilatının baş katibi vəzifəsinə keçiriləcək seçkilərdə Küveyt tərəfinin də öz namizədini irəli sürdüyünü diqqətə çatdırıb və təşkilat çərçivəsində də yardımın genişləndiriləcəyini söyləyib.

Xəbər lenti

Xəbər lenti