...

Naxçıvanda indiyədək 56 min 727 ton buğda tədarük olunub

Siyasət Materials 27 İyul 2006 15:13 (UTC +04:00)

Muxtar Respublikada qısa vaxtda 1237 ha sahədə biçin həyata keçirilib. Hektardan orta məhsuldarlıq 36 sentnerdən çox olub. Qalan 50 hektara yaxın buğda sahəsində məhsulun 2-3 günə toplanması nəzərdə tutulub. Culfa rayonunda biçin sahələrində 15 kombayn işləyir. Hər gün 50-55 ha zəminin məhsulu yığılır.

Hələlik 4 min 66 ha sahənin taxılı döyülüb. Şərur rayonunda indiyə kimi 3 min 725 ha-dan artıq arpa və buğda sahələrinin məhsulu itkisiz toplanıb. Məhsuldarlıq rayon üzrə hektardan 42.2 sentnerlə müşayiət olunub. Bu, Muxtar Respublika üzrə ən yüksək göstəriji olmaqla keçən ildəkindən xeyli çoxdur.

Zəmilərdən məhsulun toplanılması Babək , Kənqərli, Sədərək, Şahbuz rayonlarında da davam edir. Muxtar Respublika Kənd Təsərrüfatı Nazirliyindən "Tren"də verilən məlumata görə, biçin keçiriləcək 24 min 251 hektar zəminin 17 min 213 hektarından çoxunun məhsulu toplanıb. 56 min 727 tondan artıq məhsul tədarük olunub.

Xəbər lenti

Xəbər lenti