...

Azərbaycanın xarici ölkələrdəki səfirlərinin nə vaxt toplaşacaqları hələ məlum deyil

Siyasət Materials 27 İyul 2006 16:39 (UTC +04:00)

Azərbaycanın beynəlxalq təşkilatlar və xarici ölkələrdəki səfir və daimi nümayəndələrinin müşavirə tarixi hələ məlum deyil. Bu barədə Trend ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə bildirib.

Müşavirəni avqustun ortalarında keçirmək planlaşdırılır. Ehtimallara görə, müşavirə dövlət başçısının iştirakı ilə keçiriləcək. Gündəliyə Azərbaycanın diplomatik strukturunun bütün vəzifələri, xarici siyasətin prioritetləri, eləcə də 2004-cü ilin yayında ötən müşavirə zamanı qəbul edilmiş vəzifələrin icra dərəcəsi daxil olacaq.

Azərbaycan XİN xaricdəki bütün səfir və daimi nümayəndələri müşavirənin keçirilməsi barədə xəbərdar edib.

Xəbər lenti

Xəbər lenti