...

Əsirlərə işgəncə verilməsi faktlarına dair bir sıra istintaq hərəkətləri aparılıb

Siyasət Materials 28 İyul 2006 15:29 (UTC +04:00)

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqadar Dövlət Komissiyasının girovluqdan azad edilmiş 1341, itkin düşmüş 4681 nəfərlik siyahılarına əsasən cinayət işində işgəcə epizodu üzrə bir sıra istintaq və digər prosessual hərəkətlər aparılıb. Trend Azərbaycanın Hərbi Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə iyulun 28-də Hərbi Prokurorluqda keçirilmiş müşavirədə hərbi prokuror Xanlar Vəliyev məlumat verib.

X.Vəliyev bildirib ki, şahid və zərərçəkmişlərin ifadələrindən əlavə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qulluq vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Silahlı Qüvvələrinin əsirlikdə olan hərbi qulluqçularına beynəlxalq humanitar hüquqla müdafiə olunan mülki və digər şəxslərə qarşı amansız rəftar edilməklə işgəncələr verilməsi, onların ləyaqətlərinin mütəmadi olaraq alçaldılması barədə 23 videomaterial iş üzrə maddi sübut kimi tanınıb.

Dövlət Komissiyasının, eləcə də Xocalı İcra Hakimiyyətinin təqdim etdiyi siyahılar üzrə aparılmış müqayisələrlə müəyyənləşib ki, itkin düşmüş kimi göstərilən 28 nəfər Xocalı soyqırımı zamanı qətlə yetirilib, 27 nəfər isə 25-26 fevral 1992-ci ildə ermənilər tərəfindən əsir götürülüb. Xocalı İcra Hakimiyyətindən daxil olmuş siyahılarda qətlə yetirilmiş kimi göstərilən 43 nəfərin rayon işğal olunarkən itkin və girov düşməsi müəyyən edilib.

366-cı alayın komandiri Zarviqarov Yuriy Yuriyeviçin, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi Qukasyan Mavrik Araratoviçin Xocalı soyqırımının törədilməsində iştirak etdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərarların, barələrində həbsə alma qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimatların layihələri hazırlanıb, onların təqsirini təsdiq edən sübutlar barədə arayış tərtib olunub.

Xəbər lenti

Xəbər lenti