...

Goranboyda yeni kompüter və treninq mərkəzi açılıb

Siyasət Materials 28 İyul 2006 19:22 (UTC +04:00)

Goranboy rayonunun Yolpak kəndində yeni Kompüter və Treninq Mərkəzi istifadəyə verilib. Mərkəzdə internet xidməti göstəriləcək və kompüter bilikləri almaq üçün pulsuz kurslar təşil edəiləcək. Qeyd edək ki, sözü edən mərkəz Uşaqların Xilası Təşkilatı ilə BP şirkətinin və Yolpak icmasının maliyyə dəstəiy ilə mümkün olub.

Tələb olunan 9628 min ABŞ dollarından 7167 ABŞ dollarını Uşaqların Xilası və BP şirkəti, qalan 2461 ABŞ dollarını isə Yolpak icması verib.

İcmanın rəhbəri Bayram Hüseynov bildirdi ki, bu artıq icmanın həyata keçirdiyi ikinci layihədir. Bundan əvvəl kənddə məktəb binasının tikilib istifadəyə verilməsinə də nail olunub.

Xəbər lenti

Xəbər lenti