...

Tatarıstan Respublikası hökümətinin ekspertlər qrupu Bakıdadır

Siyasət Materials 29 İyul 2006 13:25 (UTC +04:00)

Tatarıstan Respublikası hökümətinin ekspertlər qrupu Bakıdadır. Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyindən Trend ə verilən xəbərə görə, nümayəndə heyətinə respublikanın ticarət və xarici iqtisadi əməkdaşlıq nazirliyinin protokol şöbəsinin rəisi Artur Fatıxov rəhbərlik edir.

Ekspertlər baş nazir Rüstəm Minnixanovun rəhbərlik etdiyi Tatarıstan hökümətinin nümayəndə heyəti ilə avqustun 1-də baş tutacaq səfərin təfərrüatlarını Azərbaycan tərəfi ilə razılaşdırırlar. Səfər zamanı Azərbaycan və Tatarıstan arasında iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın birinci iclasının keçirilməsi planlaşdırılır.

İlkin proqrama əsasən, nümayəndə heyəti avqustun 1-də səhər Bakıya gələcək. Səfərin proqramı kifayət qədər zəngindir. Nümayəndə heyəti gələn kimi komissiyanın iclası olacaq, sonra isə Azərbaycanın baş naziri Artur Rəsizadə və prezident İlham Əliyev ilə ikitərəfli görüş keçiriləcək. Nümayəndə heyəti həmin gün axşam Vətənə qayıdacaq.

Xatırladaq ki, Tatarıstanın baş naziri ilə birlikdə böyük şirkət başçılarından ibarət nümayəndə heyəti də Bakıya gələcək. Nümayəndə heyətinə "Belaz", "Kamaz", "Almaz" və s. qabaqcıl şirkətlərin başçıları, həmçinin Tatarıstanın Səhmdar-Kommersiya Bankının idarə heyətinin və Respublikanın neft şirkətinin sədri də daxil olacaq. Tatarıstanın işgüzar dairələrinin nümayəndələri Azərbaycanın iqtisadi imkanları ilə tanış olacaq, Azərbaycan həmkarları ilə işgüzar görüşlər keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti