...

Spiker ABŞ səfirini qəbul edib

Siyasət Materials 31 İyul 2006 20:29 (UTC +04:00)

Milli Məclisin spikeri Oqtay Əsədov iyulun 31-də ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi qəbul edib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Spiker Oqtay Əsədov ABŞ-ın regionda nəhəng enerji layihələrinin reallaşmasında, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işə düşməsində Azərbaycana dəstək olduğunu bildirib. O.Əsədov ümidvar olduğunu bildirib ki, iki ölkənin siyasi rəhbərliyi və xalqları arasında əlaqələr bundan sonra da inkişaf edəcək.

Səfir isə bildirib ki, rəsmi Vaşinqton Ermənistan-Azərbaycan, Dağlıq Darabağ münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Bunun üçün bütün istiqamətlərdə səylərini gücləndirib. Səfir həmçinin qeyd edib ki, Azərabycan ABŞ-la dost və strateji müttəfiqlik münasibəti olan ölkələrdən biridir: "Rəsmi Vaşinqton bunu hər zaman nəzərə alır. Azərbaycanlılar sülhsevər və qonaqpərvər xalqdır. Ölkələrimiz arasında iqtisadi, siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı yüksək qiymətləndirirəm".

Xəbər lenti

Xəbər lenti