...

MSK bələdiyyə seçkiləri ilə bağlı ümumrespublika seminarı və treninqlər keçirəcək

Siyasət Materials 2 Avqust 2006 12:24 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkiləri ilə əlaqədar ümumrespublika seminarı keçirməyi planlaşdırır. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Seminarda bələdiyyə seçkilərinin keçiriləcəyi bütün seçki dairələrinin dairə seçki komissiyaları rəhbərləri (sədr, katiblər) iştirak edəcəklər. Seminarda dairə seçki komissiyalarının məsul nümayəndələri seçki ilə bağlı maarifləndiriləcəklər. Ümumrespublika seminarının avqust ayı ərzində keçirilməsi nəzərdə tutulub.

MSK həmçinin yaxın günlərdə dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayacaq. Treninqlərdə komissiya üzvləri qruplara bölünəcək və onlara səsvermə proseduralarına dair əyani təcrübə keçiləcək. Yəni, səsvermə günü məntəqələrdə seçicilərin sənədlərinin qəbulu, onların səsvermə kabinəsində necə səs verməsi, komissiya üzvlərinin protokolları doldurması, təhvil verilməsi və digər proseduralar əyani şəkildə göstərilir. Komissiya üzvlərinə treninqləri MSK-nın treninq qrupu keçəcək. Treninq qrupu İFES-in, Avropa Şurası Venesiya Komissiyasının sertifikatlarını alıb.

Xəbər lenti

Xəbər lenti