...

BTC neft kəmərinin açılışı münasibətilə buraxılmış xatirə sikkəsinə Gürcüstanda böyük tələbat var

Siyasət Materials 3 Avqust 2006 11:15 (UTC +04:00)

Gürcüstan Milli Bankının BTC neft kəmərinin açılışı münasibətilə buraxdığı xatirə sikkəsinə ictimaiyyət arasında böyük tələbat var.

Gürcüstan Milli Bankından Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata görə, bu, əsasən təkcə Gürcüstanda deyil, həm də Azərbaycanda və Türkiyədə satılan 46 lari (28 ABŞ dolları) dəyərində gümüş sikkəyə aiddir.

BTC layihəsinə cəlb olunmuş şirkətlərin əməkdaşları da bu sikkələri xüsusi həvəslə alır.

Sikkənin dizaynı rəssam Mamuka Giorqadzeyə məxsusdur. Sikkənin üzərində regionun coğrafi xəritəsi təsvir olunub. Azərbaycan, Türkiyə və Gürcüstanın sərhədləri isə qabarıq xətlərlə verilib.

Xəbər lenti

Xəbər lenti