...

Bələdiyyə seçkilərində iştirak edən 4609 nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 3 Avqust 2006 12:46 (UTC +04:00)

Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 4696 nəfərdir. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Həmin şəxslərdən 4686 nəfəri imza vərəqi götürüb. Seçki sənədlərini təqdim edənlərin sayı isə 4641 nəfərdir.

Avqustun 3-dək 4609 nəfərin namizədliyi qeydə alınıb. Seçki marafonuna qoşulanlardan 2138 nəfəri bitərəf, 2209-u Yeni Azərbaycan Partiyasının, 23-ü AXCP-nin, 30-u Sosial Rifah Partiyasının, 26-sı BAXCP-nin, 23-ü VHP-nin, 23-ü AMİP-in, 5-i Vətəndaş Birliyi, 9-u Demokratik İslahatlar, 6-sı Ədalət, 8-i ADP, 13-ü Ümid, 43-ü Ana Vətən, 23-ü Müsavat, 6-sı Kommunist, 14-ü Böyük Quruluş Partiyasının üzvüdür. Qalan partiyaların hər birindən 1 nəfər namizədliyi verib.

5 nəfər isə siyasi mənsubiyyətini göstərməyib, 32 nəfər namizədliyindən imtina edib.

Qeyd edək ki, bu il oktyabrın 6-da 604 bələdiyyə üzrə 83 seçki dairəsinin 927 seçki məntəqəsində təkrar, əlavə, yeni və ilk seçkilər keçiriləcək. Seçiləcək bələdiyyə üzvlərinin sayı 1942, seçkidə iştirak edəcək seçicilərin sayı 809 min 643-dür.

Xəbər lenti

Xəbər lenti