...

Metyu Brayza: ABŞ Rusiyanın iştirakı olmadan Xəzərdə əməkdaşlığın imkansız olduğunu hesab edir

Siyasət Materials 10 Avqust 2006 12:52 (UTC +04:00)
Metyu Brayza: ABŞ Rusiyanın iştirakı olmadan Xəzərdə əməkdaşlığın imkansız olduğunu hesab edir

ABŞ Rusiyanın iştirakı olmadan Xəzər bölgəsində energetika üzrə əməkdaşlığın imkansız olduğunu hesab edir. Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, bu barədə ABŞ-ın Avropa və Avrasiya işləri üzrə dövlət katibi köməkçisinin müavini Metyu Brayza bəyan edib.

"Rusiya Xəzərdə əsas ölkələrdən biridir və hər bir məsələdə onunla hesablaşmaq lazımdır", - deyə amerikalı diplomat bildirib. O qeyd edib ki, "ABŞ administrasiyasının son illər dəstəklədiyi Xəzər layihələrinin 40 faizi bütün hallarda Rusiya ilə bağlıdır". Bununla əlaqədar M.Brayza Bakı-Novorossiysk neft kəmərini və Xəzər boru kəməri konsorsiumunu /XBKK/ qeyd edib.

Eyni zamanda dövlət departamentinin nümayəndəsi qeyd edib ki, "biz bu bazarda hər hansı inhisardan xilas olmaq istərdik". O, ABŞ administrasiyasının XBKK-in birbaşa rəqibi olan, bu yaxınlarda işə salınmış Bakı-Tbilisi-Ceyhan /BTC/ neft kəmərinə müsbət münasibətini məhz bununla izah edib. "Amerika höküməti bu layihədə iştirak etmir, lakin layihəni dəstəkləyir. Bundan başqa, bu boru kəmərinin köməyi ilə biz Türkiyənin Xəzər və Qafqaz bölgələrinin inkişafında iştirak edəcəyinə ümid edirik", - deyə M.Brayza bildirib.

Xəbər lenti

Xəbər lenti