...

Şirkətin rəhbəri: Azərcell-dəki dövlət payının özəlləşdirilməsində son söz hökumətindir

Siyasət Materials 10 Avqust 2006 14:57 (UTC +04:00)
Şirkətin rəhbəri: Azərcell-dəki dövlət payının özəlləşdirilməsində son söz hökumətindir

Azərcell Telecom BM-dəki dövlət payının özəlləşdirilməsində son söz hökumətindir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, avqustun 10-da şirkətin prezidenti Halim Atəş bildirib.

Onun sözlərinə görə, bütün tələb olunan rəsmi sənədlər şirkət tərəfindən müvafiq dövlət orqanlarına təqdim olunub.

"Bizdə olan məlumatlara əsasən, bu istiqamətdə işlər hökumət səviyyəsində aparılır və bunun nəticəsini biz özümüz də gözləyirik"- deyə o qeyd edib.

Azərbaycan hökumətinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qismində iştirak payı 35,7% təşkil edir.

Rabitə Nazirliyi və Fintur Holdinqs tərəfindən təsis olunmuş Azərcell Telecom BM 1996-cı ilin dekabrında mobil operatoru qismində fəaliyyətinə başlayıb.

Xəbər lenti

Xəbər lenti