...

Gəncədə ötən ilin sosial iqtisadi göstəricilərinin təhlilinə dair yığıncaq keçirilib

Siyasət Materials 11 Avqust 2006 19:50 (UTC +04:00)

Bu gün Gənə şəhər İcra Hakimiyyətində icra başçısı Eldar Əzizovun rəhbərliyi ilə fəalların yığıncağı keçirilib. Bu ilin birinci yarımilliynin sosial iqtisadi göstəricilərin təhlilinə həsr olunan tədbirdə ictimayət nümayəndələri və dövlət strukturlarında çalışanlar iştirak edib.

Eldar Əzizov bildirib ki, Gəncədə sosial iqtiasdi artım barədə 3 gün bundan əvvəl ölkə başçısına hesabat verib və prezident görülən işləri qiymətləndirib və daha yüksək uğurlara əldə olunmasına çağırıb. Tədbirdə şəhərdə narahatçılıq doğuran bir sıra məsələlərə də aydınlıq gətirilib.

Belə məsələlərdən biri vergilərlə bağlı olub. Eldar Əzizov bildirib ki, son vaxtlar vergi orqanlarının əməkdaşları tərəfindən sahibkarların faliyyətlərinə maneçilik törədildiyi barədə faktlar var. Və 12 saylı Ərazi Vergilər İdarəsinin rəhbərinə xəbərdarlıq edib. Digər bir məsələ isə İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax şöbəsinin fəaliyyəti ilə bağlı olub. Əzizov şöbənin rəisi Azər Muradovun fəaliyyətindən tam narazı qaldığını söyləyib. Və qeyd edib ki, şöbə heç bir işlə məşğul olmur. Toxunulan məsələlərdən biri də özəlləşdirmə ilə bağlı olub. Əzizov özəlləşdirmənin şəhərdə düzgün aparılmadığını söyləyib.

Tədbirdə nəqiliyyat məsələsi barədə də danışılıb. Bildirilib ki, Gəncədə nəqiliyyat sistemi çox bərbad vəziyyətdədəir. Marşrut taksilərinin istismar vaxtı bitib, lakin nəqiliyyat idarəsi bu məsələyə fikir vermir. Əzizov Avtonəqliyyatservis Departamentinin 1 saylı regional Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi Qəhrəman Hacıyevin işinin yoxlanılacağını bildirib. Şəhər Yaşıllaşdırma idarəsinin də fəaliyyəti qeyri-qənaətbəxş hesab olunub. Hər ay 30 000 ABŞ dolları məbləğində vəsait ayrılsa da, şəhərdə ürəkaçan işlərin görülmədiyi qeyd olunub.

Tədbirdə həmçinin növbəti yarımildə görüləcək işlər barədə də müzakirələr aparılıb, prioritetlər müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti