...

Azərbaycan cəbhə xəttindəki yanğınlarla bağlı monitorinqın keçirilməsində təkid edir

Siyasət Materials 14 Avqust 2006 16:44 (UTC +04:00)
Azərbaycan cəbhə xəttindəki yanğınlarla bağlı monitorinqın keçirilməsində təkid edir

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Azərbaycanın işğal olunmuş ərazilərində baş verən yanğınlar haqqında bəyanatı Avropa Şurasının erməni tərəfinə qarşı qətnamə qəbul etməsinə mane olacaq. Trend "ATI" telekanalına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Avropa Şurasındakı nümayəndəsi Aqşin Mehdiyev bildirib.

Onun sözlərinə görə, istənilən halda Azərbaycan bu istiqamətdə işini davam etdirməlidir. A.Kaspşik tərəfindən yanğınların qiymətləndirilməsi ermənilərə qarşı qətnamənin qəbul olunmasını çətinləşdirir.

A.Mehdiyevin dediklərinə görə, A.Kaspşik ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsidir və məhz bu təşkilat monitorinq keçirib. Buna görə hər hansı digər beynəlxalq təşkilatın bu barədə bəyanatı istisnadır.

Xəbər lenti

Xəbər lenti