...

Bələdiyyə üzvlüyünə namizədlərin təbliğat kampaniyası ilə bağlı MSK-ya şikayət daxil olmayıb

Siyasət Materials 15 Avqust 2006 16:37 (UTC +04:00)

Bələdiyyə üzvlüyünə namizədlərin təbliğat kampaniyası ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət daxil olmayıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov məlumat verib.

O bildirib ki, hazırda davam edən namizədlərin təbliğat kampaniyası MSK-nın nəzarəti altındadır və komissiyaya hər hansı pozuntularla bağlı şikayət edilməyib.

Qeyd edək ki, bu il oktyabrın 6-da 604 bələdiyyəyə təkrar, əlavə, yeni və ilk dəfə seçkilər keçiriləcək. Hazırda bələdiyyə üzvlüyünə namizədlərin təbliğat-təşviqat prosesi gedir və bu mərhələ səsverməyə 24 saat qalmış başa çatacaq.

Xəbər lenti

Xəbər lenti