...

Dekabrda Gürcüstan Müsəlman Demokrat Partiyasının təsis qurultayı keçiriləcək

Siyasət Materials 17 Avqust 2006 11:35 (UTC +04:00)

Azərbaycann Ağstafa şəhərində Gürcüstan Müsəlman Demokrat Partiyasının yaradılması üzrə İşçi Qrupunun ilk iclası keçirilib. Bu barədə Trend ə Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) analitik informasiya mərkəzindən məlumat verilib.

GAMA-nın prezidenti Daşqın Gülməmmədovun sədrliyi ilə keçirilən iclasda Gürcüstandakı son siyasi vəziyyət, azərbaycanlılara və digər müsməlman xalqlara qarşı aparılan total milli və dini diskriminasiya siyasəti, Acarıstanda zorla xristianlaşdırma siyasəti müzakirə edilib.

Toplantıda Gürcüstanda yaşayan azərbaycanlılardan bir neçəsinin qətlə yetiririldiyi və soydaşlarımızın bu ölkədən deportasiya edildiyi, Ahsıka türklərinin vətənlərinə dönmələrinə süni maneələr yaradıldığı qeyd olunub. Toplantı iştirakçıları olan Gürcüstan müsəlmanları gürcü xalqı ilə həmrəy olduqlarını, xristianların da mənliyinin təhqir olunmasına sakit reaksiya verməyəcəklərini deyiblər.

İclasda Gürcüstan Müsəlman Demokrat Partiyasının təsis qurultayını 2006-ci ilin dekabrında İstanbulda keçirmək barədə qərar qəbul edilib. Həmçinin qeyd olunub ki, artıq Gürcüstanın müsəlmanlar yaşayan bölgələrində ilkin partiya sturukturlarının yaradılmasına başlanılıb.

Xəbər lenti

Xəbər lenti