...

İrina Viner: "Mən Azərbaycanın bütün dünyada məşhur bədii gimnastika məktəbi yaratmasına mane ola biləcək heç bir səbəb görmürəm"

Siyasət Materials 21 Avqust 2006 16:11 (UTC +04:00)
İrina Viner: "Mən Azərbaycanın bütün dünyada məşhur bədii gimnastika məktəbi yaratmasına mane ola biləcək heç bir səbəb görmürəm"

Trend in bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi, görkəmli idman pedaqoqu İrina Aleksandrovna Viner ilə eksklüziv müsahibə

- İrina Aleksandrovna, əgər bədii gimnastika üzrə Rusiya və Azərbaycan yığmalarının Bakıdakı görüşü avqustun 20-də deyil, iyulun 30-da, yəni Sizin ad gününüzdə keçirilsəydi, buna münasibətiniz necə olardı?

- Bir qayda olaraq, son illər ad günümü Rusiya yığmasının bazasındakı məşq zalında qarşılayıram. Lakin bu il çoxdankı arzumu həyata keçirə bildim və öz ad günümü ən yaxın adamlarımın əhatəsində qeyd etdim. Lakin iki gimnastika yığmasının görüş vaxtı mənim ad günümlə üst-üstə düşsəydi, o zaman, yəqin ki, bakılı dostlarımı dəniz sahilinə yığardım, çünki dəniz mənim üçün həm dost, həm istirahət, həm klinika, həm kosmetologiyadır, bir sözlə, hər şeydir.

- 2005-ci ildə müsahibələrinizdən birində Aliyə Qarayevanı Alina Kabayevanın mümkün davamçısı adlandırmısınız. Siz bu fikri 2006-cı ilin avqustunda da Aliyə haqqında deyə bilərsinizmi?

- Bunu yalnız mən deyil, demək olar ki, bütün qabaqcıl mütəxəssislər deyir. Aliyə bu gün xalça üzərində çox nadir hərəkətlər göstərir. Onda gimnastika incəsənətinin ən uca yüksəkliklərinə qalxma dövrü, yəni "qrou-ap" başlayıb. A.Qarayeva da A.Kabayeva kimi fantastik şəkildə tullanır. Üzündəki daimi təbəssümlə və yanağındakı xalı ilə çox cazibədardır. Sadəcə olaraq, indiyədək Aliyənin bir az kompleksləri var idi və sürətlə inkişaf edə bilmirdi. İndi artıq hər şey arxada qalıb və tezliklə o, çox böyük nailiyyətlər əldə edəcək.

- Siz Azərbaycan gimnastikasının gələcəyini necə görürsünüz? Nə vaxtsa "Azərbaycanın bədii gimnastika məktəbi" ifadəsi deyiləcəkmi? Bunun üçün nə etmək laızmdır və bu məsələdə Azərbaycanın gimnastika federasiyasının hansı rolu var?

- Güclü zərbə endirmək üçün möhkəm yumruq olmalıdır. Azərbaycan gimnastikasının inkişafı üçün bu yumruq aşağıdakı komponentlərdən, xüsusi barmaqlardan ibarət olmalıdır: istedadlı material, yəni istedadlı gənc gimnastlar; bu materialla məşğul olacaq yüksək ixtisaslı məşqçilər; məşqlər üçün ideala yaxın şəraitin yaradılması - idmançıların təchizatı, onların müvafiq qidalanması, tibbi xidmət və s; bütün bunları anlamağa, dərk etməyə və yüksək səviyyədə təşkil etməyə qadir olan güclü federasiya gimnastikası. Bu "barmaqlardan" biri olmasa, yumruq vaxtında və güclü zərbə endirə bilməyəcək. Mən və demək olar ki, bütün qabaqcıl dünya mütəxəssisləri hesab edir ki, Azərbaycanda bu şərait artıq yaradılıb və mən Azərbaycanın bütün dünyada məşhur bədii gimnastika məktəbi yaratmasına mane olacaq heç bir səbəb görmürəm. Artıq bu gün Azərbaycan dünya arenasında böyük nailiyyətlər əldə edib. Komanda yarışlarında siz çox qısa müddətdə Olimpiadada iştirak edə, on iki ən güclü komanda arasında çıxış edə biləcək komanda yarada bi
ldiniz. Fərdi yarışlara gəlincə, Azərbaycan gimnastları dünyanın ən güclü beş komandasının siyahısına daxil olub və bu, respublikanızın birdən-birə iki nümayəndəsinə dünya birinciliyində çıxış etmək imkanı verəcək. Bu, ölkəni təmsil etmək üçün ən maksimal saydır. Bunun səbəbi, yeri gəlmişkən, mükəmməl təşkil olunmuş və beynəlxalq gimnastika federasiyasının rəhbərliyi tərəfindən ən yüksək qiymətləri almış sonuncu Dünya çempionatının Bakıda keçirilməsi deyil. Tamamilə əksinə, bir çox hakimlər yarışların təşkilatçısı olan ölkənin nümayəndələrinə qiymət verərkən hədsiz diqqətli olmağa çalışır. Və buna baxmayaraq, Azərbaycanda bədii gimnastikanın, demək olar ki, başlanğıc nöqtədən təşkili üçün bu qədər qısa vaxtın olduğunu nəzərə alaraq, sizin gimnastlarınız çox yaxşı nəticə göstərdilər. Bu halda, mən Azərbaycanın gimnastika federasiyasının prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz rolunu qeyd etməliyəm. O, hərtərəfli təhsil alıb, müstəsna şəkildə gözəldir, yüksək ünsiyyət mədəniyyətinə malikdir, onunla danışmaq çox asandır, çünki o, hər şeyi bir işarədən başa düşür. O, bədii gimnastikanın bütün incəliklərini yaxşı bilir.

Azərbaycan gimnastları xalçaya çıxarkən hər zaman əmindirlər ki, arxalarında duran var. Sizin Gimnastika Federasiyanız uğurla məşq və ən yüksək dərəcəli yarışlarda çıxış etmək üçün hər cür şərait yaradaraq, onları hər cür gündəlik təşkilati ətalətdən tamamilə azad edib.

Xəbər lenti

Xəbər lenti