...

Azərbaycan prezidenti Kopenhagen Konsensus Mərkəzinin direktorunu qəbul edib

Siyasət Materials 22 Avqust 2006 15:40 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Kopenhagen Konsensus Mərkəzinin (KKM) direktoru Byorn Lomborqu qəbul edib. Trend xəbər verir ki, B.Lomborq görüşdə Azərbaycan dövlətinin başçısına Mərkəzin fəaliyyəti barədə məlumat verib və bildirib ki, təşkilatın əsas məqsədi dünyada gedən iqtisadi inkişaf proseslərini araşdırmaqdan ibarətdir. Qonaq Mərkəzin Azərbaycanın iqtisadiyyat sahəsində əldə etdiyi nailiyyətlərə də böyük maraq göstərdiyini bildirib.

Prezident İlham Əliyev bəyan edib ki, Mərkəzin fəaliyyəti Azərbaycan üçün maraqlıdır. Azərbaycan dövlətinin başçısı ölkəmizin energetika sahəsində böyük uğurlar qazandığını bildirərək, neft sahəsində əldə olunan gəlirlərdən məqsədyönlü istifadə edilməsi haqqında danışıb.

İ. Əliyev Kopenhagen Konsensus Mərkəzi ilə Azərbaycanın müvafiq qurumları arasındakı əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti