...

Azərbaycan prezidenti "Global Steel Holdings Ltd." şirkətinin başçısını qəbul edib

Siyasət Materials 24 Avqust 2006 18:04 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev avqustun 24-də "Global Steel Holdings Ltd." şirkətinin sədri Pramod Mitallın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend xəbər verir ki, P.Mitall Azərbaycanda olmasından məmnun olduğunu bildirib və əlavə edib ki, bu səfər ölkənin iqtisadi inkişaf prosesi ilə tanış olmaq üçün əla imkanlar verir.

İ.Əliyev Azərbaycanın iqtisadi və digər sahələrdə əldə etdiyi uğurlar barədə qonaqlara məlumat verib.

Xəbər lenti

Xəbər lenti