...

GAMOH İranda yeni dərs ilinin ilk gününü boykot etməyə çağırır

Siyasət Materials 31 Avqust 2006 15:58 (UTC +04:00)

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İranda yeni dərs ilinin ilk gününü boykot etməklə bağlı bəyanat verib. Trend xəbər verir ki, bəyanat Güney Azərbaycanda və xaricdə yaşayan soydaşlarımıza ünvanlanıb.

Müraciətdə bildirilib ki, İran rejiminin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi fiziki soyqırım siyasəti hazırda mənəvi soyqırım formasında davam edir. GAMOH hesab edir ki, fars rejimi ana dilimizdə yazıb-oxumağı qadağan edir, soydaşlarımızı xarici dildə təhsil almağa məcbur edir. Bu isə Güney Azərbaycanda yaşayan azərbaycanlılara qarşı mənəvi soyqırımdır.

O da qeyd olunub ki, hər il sentyarbrın 22-də (Mehr ayının 1-də) İranda yeni dərs ili başlanır. GAMOH bu günü Mənəvi Soyqırım günü elan edib. Hərəkat İranda yaşayan azərbaycanlı şagird, tələbə və müəllimləri bu günü boykot etməyə çağırıb. Xatırladaq ki, mehr ayının 1-nin Mənəvi Soyqrım günü elan edilməsi təklifi GAMOH-un Avropa Təşkilatının 2004-cü ildə Berlində keçirdiyi qurultayında irəli sürülüb və qəbul olunub.

Xəbər lenti

Xəbər lenti