...

Müsavat Partiyası Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib

Siyasət Materials 1 Sentyabr 2006 16:11 (UTC +04:00)

Müxalifətyönlü Müsavat Partiyası millət vəkili Aynur Camalqızının partiya sıralarına bərpası ilə bağlı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib. Bu barədə Trend ə Müsavat Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri İbrahim İbrahimli bildirib.

Qeyd edək ki, Apellyasiya Məhkəməsi aprelin 26-da millət vəkili Aynur Camalqızının Müsavat Partiyası sıralarına bərpa olunması ilə bağlı Binəqədi rayon məhkəməsinin çıxardığı qərardan Müsavat Partiyasının apellyasiya şikayətinə baxıb. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçən iclasda Binəqədi rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Mayın 26-da isə Apellyasiya Məhkəməsinin qərarı Müsavat Partiyası rəhbərliyinə daxil olub.

İ.İbrahimli qeyd edib ki, Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayətin verilməsi qərarı partiya rəhbərliyində qəbul olunub: "Şikayətimizə nə vaxt baxılacağı hələlik məlum deyil. Ali Məhkəmənin cavabını gözləyirik". Onu da əlavə edək ki, millət vəkili A.Camalqızı Müsavat Partiyası sıralarından 2005-ci ildə parlamentə keçirilən seçkilərə müstəqil şəkildə qatıldığı üçün kənarlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti