...

Millət vəkili Fuad Muradov sentyabrın 1-də Türkiyəyə yola düşüb

Siyasət Materials 1 Sentyabr 2006 16:39 (UTC +04:00)

Sentyabrın 3-də Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təsisçisi olduğu İslam Konfransı Gənclər Forumunun baş iqamətgahının açılış mərasimi olacaq. Bu barədə Trend ə GTMŞ-nın mətbuat katibliyindən daxil olan məlumatda bildirilib.

O da qeyd olunub ki, GTMŞ-nin sədri, millət vəkili Fuad Muradov açılış mərasimində iştirak etmək üçün sentyabrın 1-də İstanbula yola düşüb. Tədbirdə İslam Konfransı Gənclər Forumunun rəhbəri vəzifələrində təmsil olunan şəxslər, üzv təşkilatların nümayəndələri, Avropa Şurasının, eləcə də digər beynəlxalq təşkilatların rəsmiləri iştirak edəcək. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan və İslam Konfransı Təşkilatının baş katibi İkmaləddin İhsanoğlunun da açılış mərasimində iştirakı gözlənilir.

Xatırladaq ki, 2001-ci ildən etibarın GTMŞ və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası İslam Konfransı Təşkilatı (İKT) ölkələrindən olan gənclərin qeyri-hökumət təşkilatlarını özündə birləşdirən forumunu yaratmaq ideyasını irəli sürüb. İKT qarşısında qaldırılan bu təşəbbüs ilk dəstəyini 2004-cü ili naprel ayında İstanbul şəhərində keçirilən İKT Xarici İşlər Nazirlərinin 31-ci sessiyasında alıb. 1-3 dekabr 2004-cü il tarixdə Bakı şəhərinin Gülüstan sarayında İKT-nin üzv dövlətlərinin gənclər nümayəndələrinin iştirakı ilə İKT Gənclər Forumunun təsis qurultayı keçirilib.

Xəbər lenti

Xəbər lenti