...

YAP Lənkəranda seminar-müşavirə keçirib

Siyasət Materials 7 Sentyabr 2006 11:23 (UTC +04:00)

Lənkəran şəhərində 6 oktyabr 2006-cı il tarixdə keçiriləcək təkrar, əlavə və yeni bələdiyyə seçkiləri ilə əlaqədar hakim Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayon təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirib. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildiriblər.

Müşavirəni YAP Lənkəran rayon təşkilatının sədri İlqar Dadaşov açaraq 6 oktyabrda keçiriləcək bələdiyyə seçkilərinin rayon təşkilatlarının siyasi həyatında daha bir sınaq mərhələsi olduğunu qeyd edib.

Seminar-müşavirədə iştirak edən YAP-ın icra kaitibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın 6 oktyabr 2006-ci il tarixdə keçiriləcək təkrar, əlavə və yeni bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşdığını bildirib. Tədbirdə iştirak edən Milli Məclisin Sosial Siyasət Məsələləri Daimi Komissiyasının sədri Hadı Rəcəbli qeyd edib ki, bələdiyyəyə namizədlikləri irəli sürülən şəxslər rayonun problemlərindən xəbərdar olmalı və bu problemləri həll etməkdə seçicilərə köməklik göstərməlidirlər.

Xəbər lenti

Xəbər lenti