...

AŞPA prezidenti: Avropa Şurasının məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməkdir

Siyasət Materials 11 Sentyabr 2006 15:12 (UTC +04:00)
AŞPA prezidenti: Avropa Şurasının məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməkdir

Trend in Rusiyadakı xüsusi müxbirinin Avropa Şurası Parlament Assambleyasının prezidenti, Nijni Novqorodda keçirilmiş "Mədəniyyətlərin dialoqu və dinlərarası əməkdaşlıq" konfransında iştirak etmiş Rene Van der Lindenlə eksklüziv müsahibəsi

- Siz Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan Avropa Şurasının mühüm üzvüdür. Həm də ona görə ki, bu ölkənin əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. Bu, həm də parlamentlərarası səviyyədə mədəniyyətlər və dinlərarası dialoq yaratmağa imkan verir.

Ötən dəfə biz Azərbaycanda seçkiləri müşahidə etmişik. Artıq AŞ-nin məruzəsində qeyd olunduğu kimi, bu seçkilərdə nöqsanlar var idi. Biz Azərbaycandakı seçki prosesini AŞ-nin üzvü olan hər bir ölkənin götürdüyü öhdəliklərə tam uyğunlaşdırmaq üçün indi də ölkə rəhbərliyi, qeyri-hökumət təşkilatları, müxalifət partiyaları ilə bütün əlaqələrimizdən istifadə etməyə çalışırıq.

- Sizcə, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün tamamilə dayandırılması perspektivlərini necə görürsünüz?

- Bu, getdikcə daha da böyüyən problemdir. Bundan başqa, münaqişənin sülh yolu ilə nizamlanmasının, dinc yanaşı yaşamanın təmin olunmasını əsas götürmüş eyni təşkilat üzvləri arasında münaqişə (bu halda Dağlıq Qarabağ münaqişəsi) yol verilməzdir.

Mən ürəkdən ümid edirəm ki, iki lider AŞ və digər beynəlxalq təşkilatların dəstəyi ilə münaqişənin sülh yolu ilə qəti şəkildə həlli istiqamətində dialoqu davam etdirəcək. Çünki məqsədimiz AŞ-nin hər iki üzvü arasında münaqişənin həlli məqsədilə gələcəkdə istənilən ziddiyyətə yol verməmək üçün kömək etməkdir.

AŞ üzvü heç bir halda müharibəyə başlamamalıdır - hətta bu, qanunla nəzərdə tutulmuş olsa da, yaxud siyasi cəhətdən müdafiə məqsədi daşısa da. Müharibə istisna olunur. Biz dinc vasitələrlə, dialoq və danışıqlar yolu ilə əldə olunan həllə üstünlük veririk. Əgər kimsə, daha doğrusu, bu və ya digər tərəf müharibəyə başlayarsa, bu, çox ciddi problem olardı. Bu, şübhəsiz ki, AŞPA-da ciddi müzakirələrə gətirib çıxaracaq və əlbəttə, AŞ-yə üzvlüyün məqsədəuyğunluğu ilə bağlı məsələ qaldırılacaq.

- Sentyabrın 17-də Dnestryanıda referendum keçiriləcək. Artıq ölkənin bu hissəsinin Moldovadan zorla ayrılmasının zəruriliyi ilə bağlı tez-tez çağırışlar eşidilir. Sizin Cənubi Osetiya, Abxaziya, Dnestryanı, Dağlıq Qarabağ kimi tanınmamış respublikalarda bu cür proseslərə münasibətiniz necədir? Bu, Avropa üçün təhlükəli deyilmi?

- Biz bu referendumu tanımırıq və onun gedişini müşahidə etməyəcəyik. Biz ümid edirik ki, Dnestrayanı münaqişəsi sülh yolu ilə nizamlanacaq. Bu, dondurulmuş münaqişələrdən biridir və bu region həm Rusiya, həm də AŞ də daxil olmaqla bütün beynəlxalq təşkilatlar üçün maraq kəsb edir. Biz qəti qərar hazırlamaq üçün əməkdaşlıq etməliyik. Ancaq istənilən halda bu referendumu müstəqillik əldə etmə üsulu kimi dəstəkləmirik.

Xəbər lenti

Xəbər lenti