...

Varşavada Azərbaycan-Polşa hökumətlərarası komissiyasının iclası başa çatıb

Siyasət Materials 12 Sentyabr 2006 18:51 (UTC +04:00)
Varşavada Azərbaycan-Polşa hökumətlərarası komissiyasının iclası başa çatıb

Sentyabrın 11-12-də Varşavada Azərbaycan-Polşa hökumətlərarası komissiyasının iclası keçirilib. Azərbaycanın Polşadakı səfirliyindən Trend ə verilən məlumata görə, iclasda ikitərəfli iqtisadi əlaqələrə, eləcə də enerji təhlükəsizliyinə dair bir çox məsələlər müzakirə olunub.

Görüş zamanı energetika, aqrosənaye kompleksi, turizm, nəqliyyat, bank-maliyyə sahələrində əməkdaşlıqla bağlı təkliflər irəli sürülüb. İclasdan başqa, Azərbaycan tərəfdən komissiyanın tərkibinə daxil olan müxtəlif dövlət qurumlarının nümayəndələri polyak həmkarları ilə ayrı-ayrı görüşlər keçiriblər. Sentyabrın 11-də Azərbaycan nümayəndə heyətini Polşanın baş naziri Yaroslav Kaçinski qəbul edib.

Komissiyanın işinin ikinci günü görüşün gedişi ilə bağlı mətbuat konfransı keçirilib. Daha sonra Azərbaycan-Polşa münasibətlərinə həsr olunmuş seminar öz işinə başlayıb. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev, eləcə də komissiyanın digər üzvləri seminarda nitq söyləyiblər. Günün sonunda Azərbaycandan olan nümayəndə heyətini Polşa Senatının sədri Boqdan Boruseviç qəbul edib.

Polşa tərəfdən komissiyanın sədri Polşanın iqtisadiyyat və əmək naziri Pyotr Qjeqoj Voznyak, Azərbaycan tərəfdən isə iqtisadi inkişaf naziri Heydər Babayevdir.

Xəbər lenti

Xəbər lenti