Sentyabrın sonu-oktyabrın əvvəlində Türkiyədə Heydər Əliyev parkının təməlqoyma mərasimi keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Türkiyədəki səfiri Zakir Haşımov məlumat verib.
Səfir əlavə edib ki, park Ankarada salınacaq. Mərasimə Türkiyənin rəsmi şəxsləri, parlamentarilər, diplomatik korpusların nümayəndələri dəvət olunacaq. Qeyd edək ki, park Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin adını daşıyan orta təhsil məktəbinin yaxınlığında salınıb.