...

Mixail Qusman: Azərbaycanda rus mədəniyyəti həmişə yüksək dəyərləndirilib

Siyasət Materials 15 Sentyabr 2006 14:44 (UTC +04:00)
Mixail Qusman: Azərbaycanda rus mədəniyyəti həmişə yüksək dəyərləndirilib

Azərbaycanda rus mədəniyyəti həmişə yüksək dəyərləndirilib. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanda I Beynəlxalq rus kitabı festivalında iştirak edən "İTAR-TASS"ın baş direktorunun birinci müavini Mixail Qusman bəyan edib.

"Bu, çox yaxşı bir haldır və mən çox şadam ki, I Beynəlxalq rus kitabı festivalı məhz Bakıda, mənim Vətənimdə keçirilirı", - deyə o vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda həm Azərbaycan, həm də rus dilində yazan yazıçılar yaşıyıblar və bu gün də yaşayırlar. Onlar Anar, Maqsud və Rustəm İbrahimbəyovlar, Elçindir. Bu insanlara həm rus, həm də Azərbaycan sözü eyni dərəcədə yaxındır.

M. Qusmanın qeyd etdiyi kimi, Azərbaycanda həmişə rus ədəbiyyatı tarixinə və klassikasına böyük maraqla yanaşılıb. "Biz ilk dəfə deyil ki, buradayıq. Bu ənənənin təməli çox illər bundan öncə Azərbaycanın eks-prezidenti Heydər Əliyev tərəfindən qoyub. O zaman məhz burada - Bakıda rus və sovet ədəbiyyatı festivalı keçirilmişdi. Bu gün isə prezident İlham Əliyevin himayəsi altında bu ənənənin yeni mərhələsi yaşanır. Bu, 30 il bundan qabaq bünövrəsi qoyulmuş ənənələrin real və konket davamıdır", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti