...

Polad Bülbüloğlu : "Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkədəki soydaşlarımızın hüquqlarını qoruyur"

Siyasət Materials 16 Sentyabr 2006 15:00 (UTC +04:00)
Polad Bülbüloğlu : "Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkədəki soydaşlarımızın hüquqlarını qoruyur"

Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımızın hüquqlarının qorunması üçün lazımi addımları atır. Trend xəbər verir ki, bu barədə sentyabrın 16-da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyadakı soydaşlarımızla bağlı baş verən məsələlərə münasibət bildirərkən qeyd edib.

P.Bülbüloğlu bildirib ki, səfirliyin məsul işçisi hazırda Samaraya ezam olunub: "Soydaşlarımızla bağlı problemlərdən dəqiq məlumatımız var. Səfirlik istintaq prosesini izləyir. Amma onu da deyə bilərəm ki, bu proseslər kriminal xarakterli cinayətdir. Buna söz ola bilməz. Çox təəssüflər olsun ki, bu cinayətlərdə bizim soydaşlarımızın adları tez-tez hallanır. Səfirlik olaraq biz soydaşlarımızın hüquqlarını qoruyuruq, lazımi instansiyalara müraciət edirik". Səfir onu da bildirib ki, Rusiyada miqrasiya qanunlarını çox pozurlar. Bununla bağlı çoxlu problemlər var: "Rusiyada miqrasiya haqqında qanun qəbul olunub. Bu qanun yanvar ayının 15-də güvvəyə minəcək. Bu sənəd güvvəyə minəndən sonra Rusiyada insedentlər azalacaq".

Xəbər lenti

Xəbər lenti