...

Bu gün Ümid Partiyasının sədri X Türk Dövlət və Cəmiyyətləri Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayında çıxış edəcək

Siyasət Materials 19 Sentyabr 2006 12:23 (UTC +04:00)

Sentyabrın 18-dən 20-dək Türkiyənin Antalya şəhərində keçirilən X Türk Dövlət və Cəmiyyətləri Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayında iştirak edən müxalifətyönlü Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə sentyabrın 19-da "Türk dövlətləri arasında iqtisadi və siyasi əlaqələrdə problemlər" mövzusunda çıxış edəcək. Bu barədə Trend ə adıçəkilən partiyanın mətbuat xidmətinin rəhbəri Ənvər Ağazadə bildirib.

Ə.Ağazadə qeyd edib ki, Ümid Partiyasının sədri Türk Dövlət və Toplumları Dostluq və Qardaşlıq İşbirliyi Vəqfinin rəhbəri Əbdülhalıq Çayın dəvəti ilə qurultayda iştirak edir. İ.Ağazadə onu da qeyd edib ki, Azərbaycan müxalifət partiya sədrləri arasında yalnız İ.Ağazadə qurultaya dəvət alıb.

Qeyd edək ki, qurultay türk dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə keçirilir.

Xatırladaq ki, millət vəkili İ.Ağazadənin sədri olduğu Vətəndaş Birliyi Partiyası 2002-ci ilin noyabrında Ümid Partiyası ilə birləşib. Həmin ilin dekabrında isə qurultay keçirilərək İ.Ağazadə Ümid Partiyasına sədr seçilib. Ümid Partiyası 1993-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Xəbər lenti

Xəbər lenti