...

Müsavat Partiyası Məclisi və hüquq siyasəti komissiyası sədrliyinə namizədlər qeydə alınıb

Siyasət Materials 19 Sentyabr 2006 14:00 (UTC +04:00)

Müsavat Partiyasının hüquq siyasəti komissiyasının sədrliyinə Məclis üzvü Məmməd Zeynalov namizədliyini irəli sürüb. Bu barədə Trend ə müxalif Müsavat Partiyası sədrinin müavini Qabil Hüseynli bildirib.

Qeyd edək ki, sentyabrın 15-dən 25-dək Müsavat Partiyası Məclis sədrliyinə, komissiyalara, katibliyə və Divanda boş qalan iki yerə namizədlərin irəli sürülmə prosesi həyata keçiriləcək. Son məlumata görə, Məclis sədrliyinə millət vəkili Nəsib Nəsibli namizədliyini irəli sürüb.

Q.Hüseynli bildirib ki, namizədlərin verilmə prosesinə yenicə başlanılıb: "Vakant yerlərə namizədlərimiz çox olacaq. Hələlik Nəsib Nəsibli ilə Məmməd Zeynalov lazım olan yerlərə iddialıdırlar. Digər yerlərə namizədlər hələlik qeydə alınmayıb".

Q.Hüseynli onu da vurğulayıb ki, əvvəllər Məclis sədrliyinə namizədliyini irəli sürən partiya sədrinin birinci müavini Vurğun Əyyubla, müavin Sülhəddin Əkbərin yenidən bu iddada ola biləcəklərindən xəbəri yoxdur: "Sülhəddin Əkbər mətbuatda deyib ki, o, yenə də namizədliyini verəcək. Amma Vurğun Əyyubdan hələ xəbər yoxdur".

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin iclası sentyabrın 30-a planlaşdırılıb.

Xatırladaq ki, Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın sədri sabiq spiker İsa Qəmbərdir.

Xəbər lenti

Xəbər lenti