...

Gəncənin 2500 illik yubileyində Rusiya və Gürcüstanın ölkəmizdəki səfirləri də iştirak ediblər

Siyasət Materials 19 Sentyabr 2006 16:16 (UTC +04:00)

Bu gün Gəncədəki Heydər Əliyev meydanında şəhərin 2500 illiyi münasibətilə keçirilən tədbirin təntənəli açılış mərasimi keçirilib. Trend xəbər verir ki, tədbirdə iştirak edən qonaqlar arpasında Rusiyanın respublikamızdakı səfiri Vasili İctratov və Gürcüstan səfiri Zurab Qumberidze də olub.

Vasili İstratov müsahibəsində bildirib ki, o ilk dəfədir Gəncədədir və şəhər onun çox xoşuna gəlib. "Gəncə qədim şəhərdir. Moskva bu şəhərdən böyük olsa da, Gəncə Moskvadan iki dəfə böyükdür. Mən çox sevinirəm ki, Gəncənin 2500 illik yubleyində iştirak edirəm".

Zurab Qumberidze isə qeyd edib ki, bir neçə dəfə Gəncədə olub. Şəhər onun da çox xoşuna gəlib. "Biz Gəncənin icra başçısının dəvətini qəbul edib tədbirə gəlmişik. Belə bir qədim və köklu şəhərin ad günündə iştirak etmək mənə çox xoşdur".

Yubiley mərasimində zərbi-parad da keçirildi. Mərkəzi meydanda müxtəlif musiqi kollektivlərinin çıxışlarından başqa şəhərin emblemini özündə əks etdirən suvenirlər də satılırdı.

Xəbər lenti

Xəbər lenti