...

Azərbaycanın Silahlı Qüvvələrinin nümayəndələri Moldovada keçirilən hərbi təlimdə iştirak edir

Siyasət Materials 19 Sentyabr 2006 17:45 (UTC +04:00)

Azərbaycanın Silahlı Qüvvələrinin nümaynədələri Moldovada NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində keçirilən hərbi təlimdə iştirak edir. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov məlumat verib.

"Kooperativ lanser" hərbi təlimi Kişinyovdan 40 km şərqdə - Bulbok təlim mərkəzinin bazasında keçirilir. Təlimin məqsədi müxtəlif sülhməramlı əməliyyatların keçirilməsi zamanı yüngül piyada bölmələrindən istifadədə yanaşmaların öyrənilməsi və təcrübənin artırılmasıdır. Təlim sentybarın 29-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti