...

"Nişanların beynəlxalq qeydiyyatı haqqında" Madrid Sazişinin Protokoluna qoşulmaq barədə qanun layihəsi müzakirə olunub

Siyasət Materials 19 Sentyabr 2006 19:07 (UTC +04:00)

Sentyabrın 19-da Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının iclası keçirilib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

İclası komissiya sədrinin müavini Bəxtiyar Əliyev açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. İlk məsələ - "Nişanların beynəlxalq qeydiyyatı haqqında" Madrid Sazişinin Protokoluna qoşulmaq barədə qanun layihəsi olub. Sənədin əhəmiyyəti barədə danışan Bəxtiyar Əliyev bildirib ki, qanun Azərbaycanın əmtəə və qiymət nişanlarının beynəlxalq aləmdə tanınması və qorunmasını hüquqi cəhətdən təmin edəcək.

Sonrakı iki məsələ - "Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında" Konvensiyanın təsdiq olunması və "Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında Konvensiyada iştirak edən dövlətlər arasında meydana çıxa bilən ixtilafları həll etmək üçün barışıq və xeyirxah xidmət komissiyasının təsis edilməsi haqqında Protokolun (Azərbaycan Respublikasının bəyanatları ilə birlikdə) təsdiq olunması barədə" qanun layihələri özündə ölkədə hamı üçün təhsilalma imkanlarının bərabərliyini ehtiva edir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ölkəmiz bu konvensiyaların hər ikisinə qoşulub.

Xəbər lenti

Xəbər lenti