Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 22-23-də Almaniyaya səfər edəcək. Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən Trend agentliyinə daxil olan məlumatda qeyd ounub.
Məlumatda qeyd olunub ki, Beynəlxalq Bertelsman Forumunda iştirak çərçivəsində prezident Əliyev Almaniyanın federal kansleri Angela Merkel ilə görüşəcək.
Beynəlxalq Bertelsman forumu hər iki ildən bir Karl Bertelsman Fondu tərəfindən təşkil edilir. Forumun məqsədi Avropanın ali siyasi, iqtisadi, mədəni və mətbuat dairələri arasında Avropanın gələcəyinə dair dialoqun keçirilməsidir. Bu dəfə genişlənmiş Avropanın siyasi-iqtisadi perspektivləri müzakirə ediləcək. Sonuncu forumda 30-dan çox ölkənin dövlət və hökümət başçıları, 24 ölkənin parlament spikerləri və nazirləri iştirak edib.