...

Almaniya hökuməti Azərbaycana 144,6 mln. maliyyə və 40 mln. texniki yardım göstərib

Siyasət Materials 21 Sentyabr 2006 13:19 (UTC +04:00)

İndiyədək Almaniya hökuməti Azərbaycana 144,6 mln. maliyyə və 40 mln. texniki yardım göstərib. Bu barədə Trend ə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Azərbaycan və Almaniya arasında münasibətlər ənənəvi olaraq yaxşıdır", - deyə məlumatda deyilir. Bunun ən bariz nümunəsi Almaniyanın Azərbaycanda bazar iqtisadiyyatına keçidlə əlaqədar aparılan islahatları dəstəkləməsidir. Almaniya, həmçinin, Azərbaycanın hüquq və məhkəmə islahatlarını da dəstəkləyir.

2006-2007-ci illərdə həyata keçiriləcək əməkdaşlıq planı üzrə Azərbaycana 14 mln avro verilib. "Almaniya üçün Azərbaycan Cənubi Qafqazda iqtisadiyyatı sürətlə inkişaf edən mühüm tərəfdaşdır", - deyə səfirliyin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti