...

Azərbaycan XİN başçısı Kubaya yola düşəcək

Siyasət Materials 21 Sentyabr 2006 15:50 (UTC +04:00)

Gələn həftə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Kubaya yola düşəcək. Bu barədə Trend ə XİN mətbuat xidmətinin başçısı Mətin Mirzə məlumat verib.

Sentyarın 22-23-də Berlində keçiriləcək Bertelsman Beynəlxalq Forumunda (International Bertelsmann Forum) iştirak etmək üçün E. Məmmədyarov bu gün Almaniyaya yola düşür. Foruma Azərbaycan prezidenti İlham Əliyevin gəlişi də gözlənilir.

XİN mətbuat xidmətindən verilən məlumata görə, forumda iştirak etdikdən sonra Azərbaycan XİN başçısı BMT Baş Assambleyasının 61-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək. Burada o, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüşəcək.

Nazirin Kubaya səfəri isə təxminən sentyabrın 27-29-na nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti