...

NATO PA-nın Cənubi Qafqaz üzrə məruzəçisi Frenk Kuk Azərbaycana səfər edəcək

Siyasət Materials 23 Sentyabr 2006 12:44 (UTC +04:00)
NATO PA-nın Cənubi Qafqaz üzrə məruzəçisi Frenk Kuk Azərbaycana səfər edəcək

Trend-i buradan izləyin

NATO Parlament Assambleyasının (PA) Cənubi Qafqazda münaqişələrlə bağlı məruzəçisi Frenk Kuk oktyabrın 16-18-də Bakıya səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Zahid Oruc bildirib.

Z.Oruc qeyd edib ki, F.Kuk Ermənistan və Gürcüstanda olub. Onun səfəri regionla bağlı ümumi siyasətin tərkib hissəsidir: "Səfər daha çox təhlükəsizlik sektoruna baxış, burada aparılan islahatlar və s. məsələlrlə əlaqədardır. Konflikt doğuran məsələlər bir qədər arxada qalır. Bilirsiniz ki, NATO bu mənada bir az da olsa neytrallıq göstərməyə çalışır. Çünki regionda bu konfliktlərin yaranmasına təsir göstərən digər dövlətlərin olduğu görünür. NATO-nun bu məsələyə müdaxiləsi istər-istəməz konfliktin daha da böyüməsi demək olar".

Onu da bildirək ki, NATO PA-nın növbəti toplantısı noyabrda Kanadada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti