...

Elmar Məmmədyarov: Azərbaycan və Ermənistanın razılaşdıra bilmədiyi iki əsas element hələ qalmaqdadır

Siyasət Materials 26 Sentyabr 2006 11:54 (UTC +04:00)
Elmar Məmmədyarov: Azərbaycan və Ermənistanın razılaşdıra bilmədiyi iki əsas element hələ qalmaqdadır

Azərbaycan XİN başçısı Elmar Məmmədyarov BMT Baş Assambleyasının 61-ci sessiyasında çıxış edib. Trend in xəbər verdiyi kimi, çıxışının əvvəlində nazir yeni prezidentin seçilməsi münasibətilə Assambleya iştirakçılarını təbrik edib. E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində baş verən yanğınlar bu məsələnin BMT Baş Assambleyasında müzakirəyə çıxarılmasına səbəb olub. Təşkilat yanğınların qarşısının alınması, ətraf mühitin mühafizəsi və bu rayonların reabilitasiyasına dair qətnamə qəbul edib.

"Bu məsələ ilə bağlı danışıqlar iki məqsədlə aparılır: bir tərəfdən bu, yanğınların qarşısının alınmasına kömək edəcək, digər tərəfdən isə müvafiq tərəfləri Dağlıq Qarabağ münaqişəsinə cəlb edəcək, qətnamənin həyata keçirilməsində və qarşılıqlı etimadın formalaşmasında mühüm rol oynayacaq ki, bu da danışıqların gedişinə müsbət təsir göstərəcək. Bu, bugünədək əldə olunan yeganə nailiyyətdir",- deyə nazir qeyd edib.

E.Məmmədyarov bəyan edib ki, tərəflərin razılığa gələ bilmədiyi iki əsas element hələ qalmaqdadır. Bu, Dağlıq Qarabağa statusun verilməsi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasıdır. Statusun Qarabağın həm erməni, həm də azərbaycanlı icma nümayəndələrinin iştirakı ilə müəyyən edilməsinə dair ümumi razılaşma mövcuddur. Ancaq bunun üçün Ermənistan silahlı qüvvələri hazırkı mövqelərindən çəkilməli və işğal olunmuş ərazilərin sakinləri təhlükəsiz yerlərə qaytarılmalıdır.

Daha sonra nazir GUAM ölkələri tərəfindən dondurulmuş münaqişələrin həlli ilə bağlı vahid qətnamənin qəbul olunması, Azərbaycanda iqtisadi vəziyyət, Azərbaycanın İKT çərçivəsində fəaliyyəti, BMT və Azərbaycan arasında münasibətlərin inkişafı ilə bağlı məsələlərə, o cümlədən sivilizasiyalararası problemlərə toxunub.

Xəbər lenti

Xəbər lenti