2007-ci il üçün dövlət büdcəsi layihəsində neftin bir barelinin qiyməti 50 ABŞ dolları səviyyəsində razılaşdırılıb və bu, 2006-cı il büdcəsinin analoji göstəricisi ilə eynidir. Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.
Onun sözlərinə görə, dünənki hökümət toplantısında 2007-ci il üçün büdcə layihəsi üzrə bütün sənədlər qəbul olunub və layihə respublikanın Prezident Aparatının təsdiqinə verilmək üçün hazırdır. Nazirlər Kabinetinin dünənki toplantısında 2007-ci il üçün büdcə proqnozları və makroiqtisadi göstəricilər layihəsi təsdiq edilib.
Dövlət büdcəsi layihəsi 5361,5 mln. yeni manat (AZN) gəlir və 5740,5 mln. AZN xərclərlə Maliyyə Nazirliyi tərəfindən təklif olunub.