...

66 saylı Biləsuvar dairəsi üzrə seçkidə iştirak edən AMİP üzvləri namizədliklərini geri götürüblər

Siyasət Materials 26 Sentyabr 2006 16:44 (UTC +04:00)

66 saylı Biləsuvar seçki dairəsi üzrə bələdiyyə seçkilərində iştirak edən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvləri namizədliklərini geri götürüblər. Bu barədə Trend ə AMİP-in mətbuat xidmətinin rəhbəri Əli Orucov məlumat verib.

O bildirib ki, həmin seçki dairəsində baş verən qanunsuzluqlara etiraz olaraq Dərviş kənd bələdiyyəsinə namizədliyini vermiş 3 nəfər AMİP-çi seçkidən uzaqlaşmağa qərar verib. 3 AMİP-çi öz namizədliyini geri götürməsi barədə artıq Biləsuvar dairə seçki komissiyasının sədri Əzizağa Hətəmova və Mərkəzi Seçki Komissiyasına müraciət ediblər.

AMİP funksioneri Ə.Orucov qeyd edib ki, həmin şəxslərin namizədliyini geri götürmələrinə də imkan verilmir. Çünki həmin dairədə 9 nəfərlik bələdiyyə üzvlüyünə 12 nəfər namizəd var. Namizədlərdən 3-ü seçkidən kənarlaşırsa, alternativlik olmadığına görə həmin bələdiyyə üzrə seçki keçirilməyəcək.

Qeyd edək ki, AMİP müxalifətçi partiyadır və bələdiyyə seçkilərində iştirak etməyə qərar versə də, partiya fəalları seçki prosesində qanunsuzluqlardan şikayətlənirlər.

Xəbər lenti

Xəbər lenti