...

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Siyasət Materials 26 Sentyabr 2006 20:28 (UTC +04:00)

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Abdullayev sentyabrın 26-da Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratovu qəbul edib. Bu barədə Trend ə KM-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə F.Abdullayev Rusiya ilə hüquqi sahədə əməkdaşlığı yüksək qiymətləndirib, ölkələr arasında gələcək inkişafın vacibliyini qeyd edib. Rusiya KM sədri Valeri Zorkinin bir neçə dəfə Azərbaycana etdiyi səfərləri xatırladaraq, F.Abdullayev bu görüşlərin çox səmərəli nəticələr verdiyini xüsusilə vurğulayıb.

Daha sonra o, noyabr ayında Bakıda keçiriləcək Avropa Şurası və Venesiya Komissiyasının birgə konfransında iştirak etmək üçün Rusiya KM başçısına ünvanladığı rəsmi dəvət məktubunu səfirə təqdim edib.

V.İstratov, öz növbəsində, onu qəbul etdiyinə görə F.Abdullayevə öz minnətdarlığını bildirib. O, Azərbaycanın bütün sahələrdə böyük uğurlar qazandığını vurğulayıb və əminliklə bildirib ki, hər iki ölkənin konstitusiya nəzarəti orqanları arasında mövcud əlaqələr bundan sonra da genişlənəcək.

Görüş zamanı həmçinin gələcək konfransla bağlı digər məsələlər də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti