...

Səfir: Böyük Britaniya parlamentarilərinin nümayəndə heyəti Bakıya səfər edəcək

Siyasət Materials 27 Sentyabr 2006 10:24 (UTC +04:00)
Səfir: Böyük Britaniya parlamentarilərinin nümayəndə heyəti Bakıya səfər edəcək

Oktyabrın 9-16-da Azərbaycan Milli Məclis rəhbərliyinin dəvəti ilə Böyük Britaniya parlamentarilərinin nümayəndə heyəti Bakıya səfər edəcək. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Rafael İbrahimov Trend ə eksklüziv olaraq məlumat verib.

Onun sözlərinə görə, nümayəndə heyətinə Böyük Britaniyanın həm Lordlar palatasının, həm də parlamentin İcma Palatasının 6 nümayəndəsi daxil olacaq. Səfər Böyük Britaniya parlamentində fəaliyyət göstərən parlamentlərarası əlaqələrin beynəlxalq ittifaqının xətti üzrə həyata keçiriləcək.

Səfər 2003-cü ildə Azərbaycan Milli Məclis rəhbərliyinin nümayəndə heyətinin Böyük Britaniyaya səfərinə cavab olaraq həyata keçirilir. Hazırda tərəflər səfərin proqramını hazırlayırlar.

Xəbər lenti

Xəbər lenti