...

Azərbaycan prezidenti oktyabrın 3-4-də Latviyaya səfər edəcək

Siyasət Materials 27 Sentyabr 2006 17:34 (UTC +04:00)

Oktyabrın 3-4-də Azərbaycan prezidenti İlham Əliyev Latviyaya rəsmi səfər edəcək. Bu barədə Azərbaycan prezidenti icra aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Trend ə eksklüziv olaraq məlumat verib.

Azərbaycanın dövlət başçısının Latviya prezidentinin dəvəti ilə baş tutacaq Riqaya ikigünlük səfəri zamanı bir sıra sənədlərin imzalanacağı gözlənilir. Prezidentlər tərəfindən birgə bəyanatın qəbul olunacağı ehtimal olunur. Bütün Baltikyanı ölkələr, o cümlədən Latviya, Qafqaz ölkələri, eləcə də Azərbaycanla sıx əməkdaşlıq edir. N.Məmmədov bildirib ki, Azərbaycan Avropaya inteqrasiya sahəsində, eləcə də NATO, AB yeni qonşuluq proqramı çərçivəsində Baltikyanı ölkələrlə əməkdaşlıq edir.

Səfər zamanı biznes-forum təşkil olunacaq və burada Azərbaycan və Latviya biznes dairələrinin nümayəndələri iştirak edəcək. Azərbaycandan foruma təxminən 30 iş adamı gedəcək. Səfər zamanı bəzi sənədlərin imzalanacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti